Amerikalı müğənni-bəstəkar Barret Stronq vəfat edib.
Axşam.az xəbər verir ki, bəstəkar 81 yaşında dünyasını dəyişib. Onun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.
Qeyd edək ki, Stronq karyerasına 1959-cu ildə başlayıb. Həmin ilin sonunda o, rok klassikinə çevrilən "Money" ("That's What I Want") mahnısını yazıb. Sözügedən mahnı "The Beatles" və "The Rolling Stones" kimi qruplar tərəfindən ifa olunub.