Vatsap daha bir yeniliyini istifadəçilərin ixtiyarına verməyə hazırlaşır.
Axşam.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Tərtibatçıların hazırladığı yeni funksiyada göndərilən fotoların keyfiyyətlərini idarə etmək mümkün olacaq. Bunun üçün ekranda peyda olacaq ayarlar bölməsindən istədiyiniz keyfiyyəti seçməli olacaqsınız.
Yenilik tezliklə "Android" və "iOS" əməliyyat sistemi ilə çalışan cihazlar üçün istifadəyə veriləcək.