O da həbs oluna bilər

O da həbs oluna bilər
1807 dəfə oxunub
  • A-
  • A
  • A+

Daha əvvəl türkiyəli aktrisalar Ezgi Mola, Hazal Kaya və Farah Zeynep Abdullahı məhkəməyə verən Musa Orhan yenidən şikayətçidir.

Axşam.az xəbər verir ki, bu dəfə o, müğənni Melek Mossonu məhkəməyə verib. O, ifaçını onu təhqir etdiyini görə, bu addımı atıb.

Şikayətçi Melekin 2 il 4 ay müddətinə həbsini tələb edir.

Qeyd edək ki, Orhanın İpek Erin adlı qıza təcavüz etdiyi iddia olunub. Qız bu səbəbdən intihar edib. Bir çox məşhur sima məhkəmə qərarı açıqlanmadan onun ünvanına tənqid və təhqir məzmunlu paylaşımlar edib. Daha sonra 12 ildən çox azadlıqdan məhrum edilməsi tələb olunan Orhanın sərbəst buraxılması tənqidlərin sayının artmasına gətirib çıxarıb. Bundan sonra həmin şəxs paylaşım edən məşhurlardan şikayətçi olaraq təzminat və həbs edilmələrini istəyib.