Rejissoru qəsdən öldürməkdə mühakimə olunacaq

Rejissoru qəsdən öldürməkdə mühakimə olunacaq
553 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud aktyoru və prodüseri Alek Bolduin "Rust" filminin çəkiliş meydançasında ukraynalı rejissor Qalina Hatçinsi qəsdən qətlə yetirməkdə ittiham olunması ilə bağlı ittihamlar rəsmişləşib.

Axşam.az xəbər verir ki, məhkəməyə təqdim olunan sənədlərdə aktyorun hadisəni qəsdən törətdiyi və buna görə mühakimə olunacağı əksini tapıb. 

Belə ki, Alek və filmin çəkiliş meydançasındakı silahlara cavabdeh olan Hanna Qutierres-Ridi 18 aya qədər həbs cəzası və 5000 dollar cərimə gözləyir. CNN-in məlumatına görə, işdə odlu silahın olması həbs cəzasını beş ilə qədər artıra bilər.

Bundan başqa, aktyorun silahla bağlı çəkilişlərin məşqində fikirini yayındırdığı, telefonla danışdığı iddia olunub.

Qeyd edək ki, 2021-ci il oktyabrın 21-də filmin prodüseri və baş rol ifaçısı Bolduin iki nəfəri - operator Qalina Hatçins və rejissor Coel Souzanı yaralayıb. 42 yaşlı Qalina aldığı xəsarətlərdən dünyasını dəyişib. 48 yaşlı direktor körpücük sümüyündən yaralanıb və bir müddət xəstəxanada yatıb və sağalıb.

Araşdırmalar zamanı polis baş verənlərə görə yalnız Alekin məsuliyyət daşıdığını və güllənin təsadüfi olmadığını iddia etmişdi.

Aktyor Hilariya adlı xanımla evlidir və onun 8 övladı var.