Culiya Foksun evindəki natəmizlik təəccübləndirdi - Foto

Culiya Foksun evindəki natəmizlik təəccübləndirdi - Foto
2913 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa, model Culiya Foksun yaşadığı mənzil izləyicilərini təəccübləndirib.

Axşam.az xəbər verir ki, aktrisa Nyu-Yorkdakı mənzilindən olan görüntülərdə izləyicilər hər yerin dağınıq olduğunu və hətta videoda siçan gördüklərini şərhlərdə yazıblar. Onlar Culiyanı natəmizliyə görə qınayıb, pis ana olduğunu vurğulayıblar.

Aktrisa isə iradlara cavabında bunu iki yaşlı oğlu Valentinoya görə etdiyini deyib. Kiçik və dağınıq mənzildən video paylaşan Culiya oğlunun tərbiyəsini korlamamaq üçün ona dəbdəbəli həyat yaşatmadığını və özünəməxsus şəkildə böyütmək istədiyini əlavə edib. 

Qeyd edək ki, aktrisa sonuncu dəfə eks-sevgilisi dünyaca məşhur milyarder reper Kanye Uestlə birlikdə olarkən gündəmdə idi.