İqor Nikolayev xəstəxanaya yerləşdirilib

İqor Nikolayev xəstəxanaya yerləşdirilib
926 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti İqor Nikolayev xəstəxanaya yerləşdirilib.

Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, sənətçi səhər saatlarında ürəyində yaranan problemə görə təcili tibbi yardım çağırıb.

Müğənni infarkt şübhəsi ilə Moskvada xəstəxanaya yerləşdirilib.

Hazırda 63 yaşlı sənətçi Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Kardiologiya Mərkəzinin reanimasiya şöbəsində həkim nəzarəti altındadır.