"Üç kuruş"un aktyoru evləndi - Fotolar

"Üç kuruş"un aktyoru evləndi - Fotolar
1177 dəfə oxunub
  • A-
  • A
  • A+

Sonuncu dəfə "Üç kuruş" serialında rol alan aktyor Bora Akkaş ailə həyatı qurub.

Axşam.az xəbər verir ki, aktyor iki ildir sevgili olduğu Oben Alkanla evlənib.

Cütlük İtaliyanın Milan şəhərində nikah masasına əyləşib. Aktyor özəl günündən görüntüləri sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, Bora 2017-ci ildə aktrisa Seda Türkmənlə ailə qurmuşdu. Cütlük 2019-cu ildə boşanmaq qərarına gəlmişdi.