Ebru Gündeş özündən 19 yaş kiçik sevgilisi ilə barışdı - Foto

Ebru Gündeş özündən 19 yaş kiçik sevgilisi ilə barışdı - Foto
4290 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Ebru Gündeş bir müddət əvvəl ayrıldığı, özündən 19 yaş kiçik iraqlı iş adamı Rassan Xoşnavla barışıb.

Axşam.az xəbər verir ki, cütlük Dubayda yenidən obyektivlərə tuş gəlib. Ebrunun istirahət üçün getdiyi ölkədə ikilinin barışdığı ortaya çıxıb.
Bundan başqa, cütlüyün niyə ayrılıq qərarı aldığı da bəlli olub. Belə ki, bu, Rassanın ailəsinin təkidi ilə baş verib. Onlar Ebru ilə Rassan arasındakı yaş fərqinə görə nikaha razı olmayıblar.

Qeyd edək ki, Gündeşin Rassandan Dubayda dünyanın ilk yeddiulduzlu hoteli "Burj Al Arab"ın kral dairəsində dəyəri 1.8 milyon dollar olan təkdaş üzüklə evlilik təklifi aldığı iddia olunmuşdu