İspaniyalı məşhur modelyer-parfümer Pako Raban (Ransisko Rabaneda) vəfat edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, dizayner 88 yaşında Fransadakı evində dünyasını dəyişib.
Onun ölüm səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, Ransisko 1967-ci ildə "Pako Raban" moda evini yaradıb. O, dizayn etdiyi paltarlarda kağız, metal və plastikdən istifadə edirdi. Podiumda qaradərili modelləri və musiqi müşayiətini də gətirən məhz Pako Raban olub.