Kanada onları "qara siyahı"ya saldı

Kanada onları "qara siyahı"ya saldı
632 dəfə oxunub
  • A-
  • A
  • A+

Kanada 16 Rusiya təşkilatına və hökumət rəsmilərinin dediyinə görə, "Rusiya dezinformasiyasının və təbliğatının yayılmasında iştirak edən" 38 şəxsə sanksiya tətbiq edib.

Axşam.az xəbər verir ki, Kanada Xarici İşlər Nazirliyinin bəyanatında məşhur simaların adları yer alıb. Onların arasında müğənni Nikolay Baskov, Mixail Boyarski, Marat Başarov, Dima Bilan, Nikolay Rastorquev, Oleq Qazmanov, Aleksandr Marşal, Polina Qaqarina, Nadejda Babkina, Aleksandr Buynov, Dana Borisova, İrina Alleqrova, Maksim Averin, İqor Butman, Larisa Dolina, Dmitri Dyujev, Viktoriya Daineko da var.

Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov Moskvanın sanksiyalara cavab verəcəyini bildirib. Səfir RİA Novosti xəbər agentliyinə bunları deyib:

"Kanadanın hazırkı hakimiyyət orqanları tərəfindən təəssüflə baxdığımız hər bir qeyri-dost hərəkətə görə cavab verəcəyik".

O, həmçinin bildirib ki, BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilməyən hər hansı məhdudlaşdırıcı tədbir qanuni sayıla bilməz.