Dağıntılar altında qalan futbolçu həlak oldu - Yenilənib

Dağıntılar altında qalan futbolçu həlak oldu - Yenilənib
4771 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün səhər saatlarında Türkiyədə baş verən zəlzələnin dağıntıları altında qalanlar arasında 1-ci liqa təmsilçisi "Yeni Malatyaspor"un qapıçısı Ahmet Eyüp Türkaslan da var.

Axşam.az xəbər verir ki, bu haqda Türkiyə mediası xəbər yayıb. Ötən  ilin noyabrında ailə quran Ahmetin həyat yoldaşı dağıntılar altından çıxarılıb. 28 yaşlı futbolçunun isə xilas olunması sahəsində işlər aparılır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, zəlzələ nəticəsində 912 nəfər həlak olub, 5385 nəfər xəsarət alıb.

***

17:07

"Yeni Malatyaspor" klubunun keçmiş prezidenti Adil Gevrek dağıntılar altında qalan qapıçı Ahmet Eyüp Türkaslanın vəfat etdiyini açıqlayıb. O bildirib ki, uzun axtarışlardan sonra onun cansız bədəni dağıntılar arasında tapılıb.