Özündən 18 yaş kiçik aktrisa Hazar Ergüçlüdən ayrılan rejissor Onur Ünlü yeni eşqə yelken açıb.
Axşam.az xəbər verir ki, rejissorun aktrisa Aybüke Albere ilə münasibətdə olduğu iddia edilib. Şayiələrin yaranmasına səbəb ikilinin restoranlardan birində lentə alınan səmimi rəqsləri olub.
Qeyd edək ki, Ünlü ötən ilin sonunda 2019-cu ildən münasibətdə olduğu Hazardan ayrılıb.