Türkiyədə baş verən zəlzələ nəticəsində dağıntılar altında qalan şəxslər arasında aktyor Çağrı Çıtanakın anası da var.
Axşam.az xəbər verir ki, aktyor sosial şəbəkədə binalarının uçduğunu bildirərək yardım istəyib.
Qeyd edək ki, ötən gün gecə saatlarında Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1762-ə, yaralıların sayı isə 12 068-ə çatıb. Təbii fəlakət nəticəsində 5606 bina dağılıb. Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.