Türkiyədə matəm elan olundu

Türkiyədə matəm elan olundu
2886 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi ilə əlaqədar qardaş ölkədə 7 günlük matəm elan olunub.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tvitter hesabında paylaşım edib.

"2023-cü il fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar 7 günlük ümummilli matəm elan edilib. Bayrağımız 12 fevral 2023-cü il bazar günü, bütün ölkəmizdə və xarici nümayəndəliklərdə gün batana qədər yarıya qədər endiriləcək".- deyə qeyd olunub.