Türkiyədəki zəlzələ nəticəsində dağıntılar altında qalanlar arasında məşhur aktyor Erkan Petekkayanın yaxınları da var.
Axşam.az xəbər verir ki, aktyor həyat yoldaşı Didemin yaxın qohumlarının dağıntılar altında qaldığını açıqlayıb. O, həmin şəxslərin adlarını və ünvanlarını yazıb. Yazılan ünvanla aktyor Çağrı Çıtanakın anasının yaşadığı bina ilə eynidir.
Qeyd edək ki, Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 3381-ə çatıb.