Xəbər veridiyimiz kimi, Türkiyədə baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində dağıntılar altında qalan şəxslər arasında aktrisa Melisa Aslı Pamukun nənəsi və xalası da yer alıb.
Axşam.az xəbər verir ki, aktrisa saatlar sonra ailəsindən xəbər ala bildiyini açıqlayıb:
"Nənəm də, xalam da sağdır. Allaha şükür. Allah ölkəmizə kömək olsun".
Qeyd edək ki, Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 3381-ə çatıb.