Türkiyənin sevilən müğənnisi Mahsun Kırmızıgülün fevralın 12-nə təyin edilən Bakı konserti qeyri-müəyyən müddətə təxirə salınıb.
Axşam.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, buna səbəb Türkiyədə baş verən güclü zəlzələ olub. Məsələ ilə əlaqədar müğənninin meneceri ilə əlaqə saxlanılıb. Menecer açıqlamasında konsertin təxirə düşməsini təsdiqləyib:
"Bir saata kimi rəsmi məlumat yayılacaq. Türkiyədə zəlzələ olub, insanlar ölüb, yaralanıb, qəm içindəyik”.
Qeyd edək ki, Mahsun Kırmızıgül 17 ildən sonra Bakıda solo konsert proqramı ilə çıxış etməli idi. Bakı Konqres Mərkəzinə təyin olunan konsertin biletləri 55-550 manat aralığında satılırdı.