Haluk Leventin qohumu dağıntılar altında qalaraq öldü

Haluk Leventin qohumu dağıntılar altında qalaraq öldü
1151 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə baş verən zəlzələ nəticəsində dağıntılar altında qalaraq həyatını itirənlərdən biri müğənni Haluk Leventin qohumudur.

Axşam.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında paylaşım edib. 

"Qohumum Güven Dönbak dağıntılar altında qaldı. Xilas edilə bilmədi" deyə, o, paylaşımında yazıb.

Xatırladaq ki, həm də "Ahbap" dərnəyinin rəhbəri olan Levent dağıntı olan ərazilərdəki insanlar üçün yardım kampaniyası başladıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün keçirdiyi brifinqdə zəlzələ nəticəsində 3549 nəfərin həlak olduğunu, 22 168 nəfərin isə yaralandığını açıqlayıb.