Türkiyə üçün Ronaldonun formasını hərraca çıxardı - Foto

Türkiyə üçün Ronaldonun formasını hərraca çıxardı - Foto
5700 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli futbolçu Merih Dəmiral dünyaca məşhur həmkarı Kriştiano Ronaldo ilə Kahramanmaraşdakı dəhşətli zəlzələ barədə danışıb.

Axşam.az xəbər verir ki, bu barədə o, tvitter səhifəsində yazıb. Merih Ronaldonun Türkiyədə yaşanan zəlzələ səbəbiylə kədərli olduğunu söyləyib.

Türk futbolçu kolleksiyasında olan Ronaldonun imzalı formasını hərraca çıxardığını da bildirib. O, əldə olunan gəliri zəlzələ bölgəsində istifadəsi üçün "Ahbap" dərnəyinə bağışlayacaq.