Türkiyənin "Star TV" və "NTV" kanalları zəlzələdə ziyan görən ərazilər üçün bir araya gələcəklər. Belə ki, kanallar birlikdə yayım edəcək və orada efirə gedən serialların aktyorlar "AFAD" (Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi) üçün yardım toplayacaq.
Axşam.az xəbər verir ki, yayımda "Yalı çapkını", "Ömer", Çöp adam" seriallarının aktyorları qonaq olacaq və yardım kampaniyasına qoşulacaqlar. Yaxın günlərdə edilməsi planlaşdırılan layihəni aparıcılar Seda İlkir, Mesut Yar və Nazlı Çelik təqdim edəcəklər.
Proqramın nə vaxt keçiriləcəyi yaxın zamanlarda dəqiqləşəcək.