Amerikalı aktyor Eşton Katçerin səhhətində problem yaranıb.
Axşam.az xəbər verir ki, 18 yaşından lupus xəstəliyindən (daxili orqanlara da sirayət edən və orqan çatışmazılığı yarada bilən dəri xəstəliyi) əziyyət çəkən aktyor bu barədə "Chicks in the office" podkastına müsahibəsində danışıb. O, bu yaxınlarda həmkarı Riz Uizerspunla birlikdə çəkildiyi "Sənə, yoxsa mənə?" filminin qala gecəsində özünü qəribə aparmasının səbəbini izah edib:
"Bir qulağım demək olar heç nə eşitmir. Kimin çağırdığını eşitmirəm, amma çoxlu səslərin olduğunu anlayıram".