Türkiyəli müğənni Hülya Avşar və aktyor Can Yaman da zəlzələdən zərərçəkmiş şəxslərə dəstək üçün yardım kampaniyasına qoşulub.
Axşam.az xəbər verir ki, Hülya və Can ayrı-ayrılıqda 250 min lirə ianə edib.
Qeyd edək ki, zəlzələ nəticəsində həlak olanların sayı 12 391 nəfərə çatıb. Yaralıların sayı isə 62 914 nəfərə yüksəlib.