7 min əməkdaşı bu səbəbdən işdən çıxaracaq

7 min əməkdaşı bu səbəbdən işdən çıxaracaq
765 dəfə oxunub
  • A-
  • A
  • A+

"Walt Disney" 7 min əməkdaşını işdən çıxaracaq.

Axşam.az xəbər verir ki, şirkətin baş direktoru Robert İger bildirib ki, qurum rəhbərliyi işçi heyətini yenidən təşkil etməyi planlaşdırır. Bu səbəbdən şirkət 7 min işçini ixtisar etmək qərarına gəlib. Bundan başqa, üç bölmə yaradılacaq. Onlardan birincisi kino və televiziya sahəsinə dair məzmunlarla məşğul olacaq. İkinci bölmə idman proqramlarına, üçüncüsü isə əyləncə və ticarət məhsullarına cavabdeh olacaq.

Bununla da şirkət təxminən 5,5 milyard dollara qənaət etməyi planlaşdırır. Şirkətin baş direktorunun sözlərinə görə, 7 min əməkdaş ümumi işçilərin təxminən 3 faizini təşkil edir.