Müğənni Niran Ünsal Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələdə dostunu itirdiyini açıqlayıb.
Axşam.az xəbər verir ki, ifaçı "Can qardaşım" deyərək, dostunun dağıntılar altında həlak olduğunu instaqram izləyiciləri ilə bölüşüb:
"Oğlum, can qardaşım. Dörd gündür əlaqə yaratmağa çalışıram. Heç bir zəngimə cavab ala bilmədim. Sosial media hesablarına yazdım, cavab gəlmədi. Dörd gündür içimizdə yanan atəş hər gün daha da alovlanır. Nə desəm, nə yazsam, bu acını izah edə bilmərəm. Qardaşım dağıntılar altından çıxarılmış, vəfat etdiyini öyrəndim. Dörd gün sonra ölüm xəbərini almaq çox çətindir. Həyat yoldaşı və övladı sağdır. Allah sənə rəhmət eləsin, qardaşım. Xanımın və övladın bizə əmanətdir".
