Türkiyədə zəlzələdən 64 saat sonra xilas edilən gənc oğlanın dağılmış binanın divarına yazdığı sözlər sosial şəbəkələrdə gündəm olub.
Axşam.az xəbər verir ki, hadisə Kahramanmaraşda yaşanıb. Dağıntılar altında qalan 24 yaşlı Doğan Akkök gözlədiyi müddətdə divara "Ümidini itirmə" sözlərini yazıb.
O, 64 saat sonra Antalya Böyükşəhər Bələdiyyəsinin axtarış-xilasetmə qrupları tərəfindən sağ-salamat xilas edilib. Üç gündən sonra ilk dəfə işığı gördüyünü deyən Doğan xəstəxanaya yerləşdirilib.
