Aktyorlar hələ də yaxınlarından xəbər ala bilmir

Aktyorlar hələ də yaxınlarından xəbər ala bilmir
1218 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə baş verən zəlzələdən sonra aktrisa Başak Gümülcinelioğlu ilə həyat yoldaşı, aktyor Çağrı Çıtanakın anası və həmkarları Orhan Aydının dağıntılar altında qalan qızından xəbər yoxdur.

Axşam.az xəbər verir ki, məsələ il bağlı hər biri yenidən sosial media hesablarında paylaşım edib. Orhan həyat yoldaşının vətəndaşlar tərəfindən xilas edildiyini açıqlasa da, qızı üçün heç nə edilmədiyini bildirib:

"Qızımı tapmağa çalışırıq. Dağıntının altındadır, üstündə böyük beton var. Artıq dayanmaq gücüm qalmayıb, ürəyim ağrıyır. Acımın və kədərimin tərifi yoxdur. Gilas gülüşlü qızım, dayan".

Başak isə hələ də anasının olduğu əraziyə xilasedicilərin gəlməməsindən şikayətlənib. O, paylaşımında "Niyə gəlmirsiniz, sizi gözləyirik" deyə yazıb.