Repçi 72 saat sonra dağıntılar altından çıxarıldı

Repçi 72 saat sonra dağıntılar altından çıxarıldı
951 dəfə oxunub
  • A-
  • A
  • A+

Əsil adı Hikmet Ağca olan Knock Out ləqəbli repçi Hatayda 72 saatdan sonra dağıntılar altından xilas edilib. 

Axşam.az xəbər verir ki, musiqiçi yaşadıqlarını sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. 

"Dostlar, telefonu yeni əlimə aldım. Buralar çox pis haldadır. Mən şanslı olanlardanam. 72 saat sudiyanın altındakı zirzəmidə 3 metrlik divarın altında qaldım. Allah razı olsun, "AFAD" əməkdaşları xilas etdi. Nə qədər insan zəng edib, yazıb. İndi yaxşıyam, burnum belə qanamadı" deyə, Hikmet bildirib.