Türkiyədəki axtarış-xilasetmə işlərinə qoşulanlardan biri də aktyor Hakan Hatipoğludur.
Axşam.az xəbər verir ki, aktyorun Hatayda lentə aldığı görüntülər fəlakətin bütün acılarını özündə əks etdirib. Hakan ilk yaydığı videoda atanın övladını qurtarmaq üçün qolunun kəsilməsinə razılıq verdiyi əks olunub. Xilasetmə işləri bitdikdən sonra o, məlumatı daha da dəqiqləşdirib.
Məlum olub ki, qolunun kəsilməsinə razılıq verən şəxsin adı Cumadır. Həyatının qurtarılmasını istədiyi uşaq isə qardaşının övladı olub. Cuma daha sonra xəstəxanaya qaldırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Lakin onun xilas etməyə çalışdığı Kevser adlı uşaq 70 saat sonra sağ şəkildə dağıntılar altından çıxarılıb.