5 yaşlı qızdan gündəm olan cavab - "Hələ müayinə olunmamışam"

5 yaşlı qızdan gündəm olan cavab - "Hələ müayinə olunmamışam"
2575 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədəki dəhşətli zəlzələdən sonra dağıntılar altında qalan şəxslərin xilasetmə işləri davam etdirilir. 

Axşam.az xəbər verir ki, dağıntılar altından sağ xilas edilənlərdən biri də 5 yaşlı Hazal olub. Balaca qızı düz 72 saat sonra dağıntıların altından xilas etmək mümkün olub. 

Maraqlı məqamlardan biri, ondan su içmək istəyib-istəməməsi ilə bağlı suala verdiyi cavab olub. O, "Yox, hələ müayinə olunmamışam" deyə, bildirib. Onun bu cavabı orada olan xilasedicilərlə yanaşı sosial media izləyicilərinin də marağına səbəb olub.