Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım məqsədiylə müğənni Reynmen, sosial media fenomenleri Cemal Can Canseven, Danla Biliç, Berk Keklik sosial şəbəkədə canlı yayım açıblar.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar yayım zamanı 4 milyon lirə toplayıblar. Əldə olunan gəliri isə "Ahbap" dərnəyinə bağışlayıblar.
Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 17 406-a çatıb.