Türkiyədə məktəblərdə tətilin vaxtı uzadılıb.
Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhsil naziri bildirib.
O, Türkiyədəki zəlzələ səbəbindən təhsildəki fasilənin fevralın 20-dək uzadıldığını açıqlayıb.
Qeyd edək ki, daha əvvəl Türkiyədəki bütün məktəblərdə fevralın 13-dək tətil olacağı elan edilmişdi.