"Netflix" də yardıma qoşuldu

"Netflix" də yardıma qoşuldu
563 dəfə oxunub
  • A-
  • A
  • A+

"Netflix" də Türkiyədəki zəlzələ bölgəsindəki vəziyyətə biganə qalmayıb.

Axşam.az xəbər verir ki, "Netflix Türkiyə" sosial şəbəkədəki paylaşımında dağıntı bölgəsində olan şəxslərə yardım etdiklərini bildirib:

"Ölkəmizdə yaşanan fəlakətin səbəb olduğu dərin kədəri və ağrını paylaşırıq. İlk andan etibarən dəstək üçün çalışırıq. İndiyədək 6 milyon lirəni tərəf müqabillərimizin köməyi ilə yardım qurumlarına çatdırmışıq.

Şirkətimiz dünyadakı işçilərimizin fərdi ianələrinə də iki qatını əlavə edərək dəstək olmaqdadır.

Hələ yolun başındayıq. Birlikdə bu fəlaketin yaralarını bağlamaq üçün çalışmağa davam edəcəyik. Həyatını itirənlərin yaxınlarına baş sağlığı, yaralılarımıza şəfa diləyirik".