90 saat sonra möcüzə - 10 günlük körpə və anası xilas edildi

90 saat sonra möcüzə - 10 günlük körpə və anası xilas edildi
1530 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində dağıntılar altında qalan şəxslərin xilasedilmə işləri davam edir.

Axşam.az xəbər verir ki, 90 saat sonra 10 günlük Yağız Ulaş adlı körpə və anası dağıntılar altından sağ çıxarılıb. 

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun sözlərinə görə, körpə və anası Hatay bölgəsinin Samandağ rayonundakı dağıntıların altından xilas edilib.