Türkiyədə artıq 5 gündür ki, zəlzələdən sonrakı axtarış-xilasetmə işləri davam edir.
Axşam.az xəbər verir ki, 92 saat sonra Kahramanmaraşın mərkəzindən daha bir sevindirici xəbər alınıb. Dağıntılar altında qalan 60 yaşlı Hatice Özçelebi və qızı 33 yaşlı Mihriban Sultan Özçelebi sağ şəkildə xilas edilə bilib.
Maraqlı məqamlardan biri Haticenin xərəkdə aparılarkən onu xilas edən şəxslərə əl sallayaraq təşəkkür etməsi olub.