Türkiyədə baş verən zəlzələ nəticəsində meydana çıxan dağıntılar altında qalan bir ailənin çəkdiyi video hər kəsi kövrəldib.
Axşam.az xəbər verir ki, bir qadın yanındakı 3 şəxslə birlikdə dağıntılar altında qaldıqlarını bildirib.
O, videoda vəsiyyətini açıqlayıb. "Biz ölsək, bu telefonu tapsanız, 2 min 500 lirə borcum var. Məndə kimsənin haqqını qoymayın. Haqqınızı halal edin. Məndə yardım pulu var, onu edin. 5 min lirə verin" deyə, qadın söyləyib.
Digər bir videoda xilasedicilərin dağıntılar altında qalan 4 şəxsi xilas etdiyi göstərilib.