Kahramanmaraşda davam edən axtarış-xilasetmə işlərində daha bir maraqlı anlar yaşanıb.
Axşam.az xəbər verir ki, 99 saat sonra dağıntılardan xilas edilən 15 yaşlı Ayfer adlı qız xilasetmə zamanı müğənni Zeynep Bastıkın "Gül beyaz gül" mahnısını dinləmək istəyib.
101-ci saatda isə onun bacısı 13 yaşlı Fatma da sağ şəkildə xilas edilib.