Xəbər verdiyimiz kimi, günlərdir sosial media fenomeni Taha Duymaz və ailəsinin hələ də dağıntılar altında olduğu bildirilir.
Axşam.az xəbər verir ki, bu əsnada onun daha əvvəl verdiyi açıqlamaları gündəm olub. O, gələcək planları ilə bağlı sosial mediadan ona ünvanlanan suala belə cavab verib:
"Əslində gələcəyi görmürəm. Açıq danışmaq lazım gəlsə, sabaha qədər sağ qalaram, ya ölərəm bilmirəm. Bu videonu yükləyə bilərəmmi onu da bilmirəm. Az yaşayacağımı düşünürəm. Buna görə də gələcək üçün planlar qurmaq istəmirəm".
Taha digər bir açıqlamasında da eyni fikirləri səsləndirərək "Bir gün ölüb gedəcəyəm. Nə vaxt olacağı bəlli deyil. Bəlkə də böyüməyəcəyəm, 20-25 yaşında öləcəyəm" deyə, bildirib.
Sosial media izləyiciləri hazırda sözügedən videoları paylaşaraq, Tahanın axtarışlarana diqqət çəkməyə çalışır.