Dağıntılar altından çıxarılan 8 yaşlı qız atasına təsəlli verdi

Dağıntılar altından çıxarılan 8 yaşlı qız atasına təsəlli verdi
2068 dəfə oxunub
  • A-
  • A
  • A+

Kahramanmaraşda baş verən zəlzələ nəticəsində yaranan dağıntılar altından bu dəfə 8 yaşlı Tanem Okur və 42 yaşlı atası Cem Okur xilas edilib.

Axşam.az xəbər verir ki, xilas edilən zaman qızın ilk sözü atasına təsəlli vermək olub. Hatayın Defne bölgəsində dağılan bir binanın altəndan 101 saat sonra qurtarılan qız və atası təcili yardım vasitəsiylə müayinəyə aparılıb. 

Tanem "Ata, səni sevirəm. mən çox yaxşıyam. Özünə yaxşı bax" sözlərini söyləyib. O, daha sonra tibb bacılarına "Orada su içəcəyik" sualını ünvanlayıb.