104 saat sonra xilas edilən çavuş Qurandan ayələri əzbərdən dedi - Video

104 saat sonra xilas edilən çavuş Qurandan ayələri əzbərdən dedi - Video
1862 dəfə oxunub
  • A-
  • A
  • A+

Kahramanmaraşda zəlzələdən 104 saat sonra xilas edilən çavuşun Qurandan ayələri əzbər şəkildə oxuması diqqət çəkib.

Axşam.az xəbər verir ki, Bəqərə surəsinin son iki ayəsini səsləndirən 47 yaşlı Osman Fırata xilasedicilər kömək etməyə çalışıb. 

Qeyd edək ki, sözügedən ayənin tərcüməsi belədir:

"Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. “Biz onun elçiləri arasında fərq qoymuruq!”, “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız sənədir!” dedilər. Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Leyhinə olanı da özü qazanmışdır, əleyhinə olanı da. Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!".