Haluk Levent toplayacaqları məbləği açıqladı

Haluk Levent toplayacaqları məbləği açıqladı
2863 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Haluk Levent "Ahbap" dərnəği rəhbəri olaraq zəlzələ baş verən bölgələr üçün yardım toplamağı davam etdirdiklərini açıqlayıb. 

Axşam.az xəbər verir ki, o, dağıntılara məruz qalan yerlər üçün ən az 850 milyon lirə yığmağı qarşılarına hədəf qoyduqlarını söyləyib.

Haluk "İki gün içində Hataya 2000 ailə üçün konteynerler getməyə başladı. Məktəbləri yenidən düzəldəcəyik. Yaşlılar üçün baxım evləri, reabilitasiya mərkəzləri, tələbələr üçün qalacaq yerlər düzəldəcəyik. Günlük bütün ehtiyaclar üçün bölgədə olacağıq" sözlərini söyləyib.

Məşhurlardan Kıvanç Tatlıtuğ, Oktay Kaynarca, Kenan İmirzalıoğlu, Özge Özpirinçci, İrem Helvacıoğlu, Kıvanç Kasabalı və digərləri onlara yardım üçün bir araya gəliblər.