Qalkin Türkiyədəki konsertini təxirə saldı

Qalkin Türkiyədəki konsertini təxirə saldı
540 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı, şoumen Maksim Qalkin zəlzələ səbəbindən Türkiyədəki konsertini təxirə salıb.

Axşam.az xəbər verir ki, fevralda İstanbulda baş tutmalı olan konsertin tarixi aprelə keçirilib. Şoumen açıqlamasında konsertindən əldə edəcəyi bütün qonorarı Kahramanmaraşda zəlzələdən zərərçəkənlərə yardım üçün bağışlayacağını bildirib.

“Türk xalqına ən səmimi başsağlığımı bildirirəm. Qərara gəldim ki, İstanbuldakı konsert üçün alacağım qonorarı bütövlükdə zərərçəkənlərə yardım fonduna köçürüm. İndi bütün dünya səninlədir, Türkiyə. Dayan!” deyə, Qalkin vurğulayıb.

O, əlavə edib ki, əvvəllər alınmış bütün biletlər yeni tarix üçün də etibarlı olacaq.

Qeyd edək ki, Qalkinin 21 fevralda Bakıda baş tutacaq konserti qüvvədə qalır.