Leps ABŞ-dakı dəvətdən imtina etdi

Leps ABŞ-dakı dəvətdən imtina etdi
565 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gün əvvəl ABŞ Maliyyə Nazirliyi Qriqori Lepsi 2013-cü ildən bəri yer aldığı sanksiya siyahısından çıxarıb.

Axşam.az xəbər verir ki, ABŞ hökuməti müğənninin bütün aktivlərini bloklayıb, orada yaşayan insanlara sənətçi ilə hər hansı işgüzar əlaqələri qadağan ediblər. Hazırda Lepsdən bütün məhdudiyyətlər götürülüb.

"Mash" teleqram kanalının yaydığı məlumata görə, bəzi iş adamları Lepsi dinləmək üçün Amerikaya dəvət ediblər. İfaçı isə ora getməkdən imtina edib.

"Biz belə düşmənlərin yanına getməyəcəyik - hətta çox yüksək bir məbləğ üçün də" deyə, sənətçinin meneceri açıqlamasında deyib.