Türkiyənin Kahramanmaraş şəhərində bir həftə əvvəl baş verən zəlzələdən sonra afterşoklar davam edir.
Axşam.az xəbər verir ki, sözügedən hadisələrdən biri ötən axşam canlı yayım zamanı baş verib."CNN Türk"ün yaydığı görüntüdə Kahramanmaraşda 4,6 ballıq afterşokun olduğunu əks edilib.
Jurnalist Fulya Öztürkün canlı yayımda olduğu zaman zəlzələ hiss edilib və yandakı bina aşma təhlükəsi ilə üzləşib. Hadisə yerindən insanları uzaqlaşdırmağa çalışıblar. Fülya binadan çat səslərinin gəldiyini söyləyib.