Qriqori Leps Maksin Qalkini təhqir etdi - Video

Qriqori Leps Maksin Qalkini təhqir etdi - Video
654 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Qriqori Lepsin adı növbəti dəfə qalmaqalda hallanıb.

Axşam.az xəbər verir ki, ifaçı Stavropoldakı konsertində "xarici agent" kimi tanınan şoumen Maksin Qalkin haqqında nalayiq ifadələr işlədib. O, "Natali" hitini xatırlayaraq "Natali, sənə qəbiristanlıqda torpaq almışam. Qalkin cəhənnəmə gedə bilər" deyə, bildirib.

Qeyd edək ki, bir neçə il əvvəl də ikili arasında belə bir mübahisə yaşanıb. Leps şoumenə "Başa düşürsən cavan oğlan, musiqi sənlik deyil" deyə, bildirib. Qalkin isə cavabında ona zarafatla "Amma zarafat edəndə mən demirəm ki, yumor sənlik deyil, dözürəm” sözlərini söyləyib.