Türkiyədə 8 gündür zəlzələdə dağıntılar altında qalanların axtarış-xilasetmə işləri davam edir.
Axşam.az xəbər verir ki, xilas edilənlərdən biri də Hatayda dağıntılar altından çıxarılıb. Həmin şəxs "nə istəyirsən" sualına belə cavab verib:
"Orada ürəyim 3 şey istədi: Müge Anlı şorbası, alma və portağal".
Yaşlı kişinin bu görüntülərinə cavab olaraq aparıcı onu yaxşı olandan sonra İstanbulda qonaq etmək və qarşılıqlı əyləşərək şorba içməyi təklif edib.