Bacısından Taha Duymazla bağlı suallara reaksiya

Bacısından Taha Duymazla bağlı suallara reaksiya
1725 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə baş verən zəlzələdə dağıntılar altında qalan sosial şəbəkə fenomeni Taha Duymazla bağlı axtarışlar davam etdirilir.

Axşam.az xəbər verir ki, türk mediası onunla bağlı məqalə dərc edərək, ən çox verilən suallardan birinin "Taha Duymaz öldümü, dağıntılar altından çıxarıldımı" olduğunu qeyd edib.

Tahanın bacısı Semiha Duymaz qardaşı ilə bağlı açıqlama verib. O bildirib ki, qardaşından heç bir xəbər yoxdur:

"Hamı narahatdır, amma mən də nə edəcəyimi bilmirəm. Çarəsiz hadisələri izləyirəm. Tək duamız oradan xilas olmalarıdır. Heç bir şey sosial şəbəkədə görüldüyü, paylaşıldığı kimi deyil. Sadəcə dua edirik".