De La Soul qurupunun reperi Devid Cud Joliker (ləqəbi Trugoy the Dove) vəfat edib.
Axşam.az xəbər verir ki, reper 54 yaşında dünyasını dəyişib. Onun hansı səbəbdən öldüyü açıqlanmasa da, həyatının son illərində ürək çatışmazlığı ilə mübarizə apardığı məlumdur.
Qeyd edək ki, Devid 1988-ci ildə yaratdığı qrupun "Me Myself and I" mahnısı çıxdığı vaxt "Billboard"a görə ilk 100 hit arasında yer almaı bacarmışdı. "The Magic Number" albomundan olan mahnıların biri isə 2021-ci ildə nümayiş olunan "Hörümçək adam: Evdən uzaqda" filmində səsləndirilmişdir.
2006-cı ildə qrup "Gorillaz" ilə birlikdə yazdıqları "Fell Good Inc" trekinə görə "Qremmi" mükafatına layiq görülüb.