Məşhur iranlı rejissor müvəqqəti həbsdən azad edildi

Məşhur iranlı rejissor müvəqqəti həbsdən azad edildi
328 dəfə oxunub
  • A-
  • A
  • A+

İranlı rejissorlar Məhəmməd Rəsulof müvəqqəti həbsdən azad edilib.

Axşam.az xəbər verir ki, o, "silahlarınızı yerə qoyun" şüarı ilə etiraz keçirərək İran hökumətini tənqid etməkdə təqsirli bilinirdi.

"Variety"nin məlumatına görə, o, fevralın 11-də səhhətində yaranan problemlər səbəbindən müvəqqəti olaraq (2 həftə müddətinə) evə buraxılıb və hazırda evindədir.

Xatırladaq ki, bundan əvvəl rejissor Cəfər Pənahi aclıq aksiyasından sonra həbsdən buraxılmışdı. O, Məhəmməd və rejissor Mustafa Əl-Əhmədin azad edilməsi üçün keçirilən aksiyada iştirak etdiyi üçün həbs olunmuşdu.

Qeyd edək ki, Məhəmməd İranın ən məşhur rejissorlarından biridir və onun filmlərinin izlənilməsi ölkədə qadağandır. 2011-ci ildə senzura məzmunlu “Əlvida” filminə görə "Kann"da iki mükafat qazandıqdan sonra o, Pənahi ilə birlikdə rejim əleyhinə təbliğatda ittiham olunaraq 6 il müddətinə həbsə və 20 il müddətinə film istehsalına qadağaya məhkum olunmuşdu. Daha sonra rejissor zaminə buraxılmışdı. 2017-ci ildə İran hakimiyyəti ölkədəki korrupsiya və ədalətsizlikdən bəhs edən “Dürüst adam” filminin nümayiş olunduğu "Telluride Film Festivalı"ndan qayıdan Məhəmmədin pasportunu müsadirə etmişdi.

İran hakimiyyəti Məhəmmədin 2020-ci ildə "Berlin Film Festivalı"nda iştirakına icazə verməyib. Rejissorun qızı Baran Rəsulof İranda edam cəzasının fəsadlarından bəhs edən “Şər yoxdur” filmindəki roluna görə “Qızıl ayı” mükafatını alıb.