Livan əsilli isveç müğənni Maher Zain Böyük Britaniyada fəaliyyət göstərən "Salam Charity" xeyriyyə təşkilatı ilə Türkiyədə zəlzələ olan bölgəyə yollanıb.
Axşam.az xəbər verir ki, ifaçı oradan çəkdiyi görüntüləri sosial şəbəkə hesabında yayımlayıb. O bildirib ki, orada olan insanlara yemək paylayıblar.
"Videoda gördüyünüz burada baş verənlərdən kiçik bir hissədir. Əlimizdən gələn bu, yardım etməkdir. Sizlərin sayəsində bunu edə bilirik. Etdiyimiz xırda, amma lazımlı işdir" deyə, Zain əlavə edib.
Zain Kahramanmaraşda bir çox evin dağıldığını, insanların küçələrdə qaldığını vurğulayıb. O, insanları dağıntıdan əziyyət çəkənlərə yardım etməyə səsləyib.