Hatayda dağıntılar altından 150 saat sonra sağ çıxarılan 51 yaşlı Emine Doğan adlı qadının təcili yardım maşınında olarkən dediyi sözlər diqqət çəkib.
Axşam.az xəbər verir ki, qadın xəstəxanaya aparıldığının fərqinə vardığı zaman bunları deyib:
"Pulum yoxdur, xahiş edirəm məni özəl xəstəxanaya aparmayın".
Emine ilə yanaşı onun 19 yaşlı oğlu Bekir Doğu da xilas edilib.